Yeni Q8 dörd qapılı Coupe-nin şıqlığını və böyük, praktik SUV-un keyfiyyətlərini özündə birləşdirir. Son texnologiya cihazları ilə təchiz olunan bu model, yolsuzluq şəraiti üçün mükəmməldir.
Yeni Q-ailəsinin üzvü “qohum” Q7- dən daha enli və qısadır. (uzunluq 4.99 m, eni – 2 m, hündürluk – 1.71 m). Q8 –in interyeri çox genişdir, salonun uzunluğu və oturacaqlardan üstə kimi olan hündürlüyü sayəsində bu model rəqib modellərdən fərqlənir.
Avtomobilin önündə yerləşən özəl səkkizbucaqlı tor Singleframe – Q modellərin diqqətəlayiq xüsusiyyətidir. Avtomobilin quattro dizaynına bənzəməsi bir çox detallarda özünü biruzə verir. İri xəttlər və qüvvətli hüdudları daimi tam çəkimli quattro-nun qüvvəsini və dinamikliyini nümayiş etdirir.
Işıq diodlu fənərlər Q8-in standart komplektasiyasında olur, HD Matrix LED fənərlər isə opsiya kimi təklif olunur.
Yeni MHEV hibrid sistemin sayəsində Q8-in idarə sistemi maksimal dərəcədə ekonom istifadə üçün yaradılıb.
“Vorsprung durch Technik” şüarını unutmayan alman mütəxəssisləri Audi Q8 avtomobilini intellektual və ağıllı söhbət yoldaşına çeviriblər. Yeni sistem səs tanıma xüsusiyyətinə malikdir, yəni ki, desəz “Acam” avtomobiliniz ən yaxın məsafədə yerləşən restoranların siyahısını sizə təqdim edəcək. Bütün məlumatlar rəqəmsal Audi virtual cockpit-də göstərilir, burada həmçinin naviqasiya üçün köməkçi sistem var.
Komfort və əyləncə funksiyalarını idarə etmək üçün iki böyük ekran - MMİ Touch response bu avtomobilin ayrılmaz hissəsidir.
Dayanacaqda, şəhərdə və şəhərdən kənar Audi Q8 hər zaman sürücünün işini asanlaşdıraraq, sədaqətlə xidmət edir. 2019 ildə Q8 qaraja insanın müdaxiləsi olmadan müstəqil şəkildə girib və çıxmaq funksiyasına malik olacaq. Bunun üçün sürücü maşından çıxıb sistemi smartfonda myAudi application ilə qoşmalıdır.
Audi Q8 Avropa bazarına bu ilin payız fəslində təqdim olunacaq.