AUDİ AG nəqliyyat vasitələrinin alışı və istifadəsinə tətbiq olunan məxfilik bildirişi
Hazırki məxfilik bildirişində Ettinger Straße 70, 85057 Inqolştadt, Deutschland / Almaniya ünvanında yerləşən AUDİ AG (“Biz” və ya “Audi”) –nin, yəni bizim, Audi brendinə məxsu avtomobillərin alışı və sonradan istifadəsi ilə əlaqəli şəxsi məlumatları necə emal etdiyimiz izah olunur. myAudi və Audi əlaqə xidmətləri kimi digər məhsul və xidmətlərdən istifadə ilə bağlı məlumatların emalı haqqında informasiya ayrıca məxfilik bildirişlərində verilir. Audi partnyorunuz da məluamtlarınızı necə emal etdikləri barədə sizə ayrıca məlumat verəcəkdir.
Şəxsi məlumat dedikdə, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilə bilən fiziki şəxs ilə əlaqəli hər hansı məlumat nəzərdə tutulur. Kimliyi müəyyənləşdirilə bilən fiziki şəxs birbaşa və ya dolayı olaraq, ad, identifikasiya nömrəsi, yerləşmə məlumatı, online identifikator və ya həmin fiziki şəxsin fiziki, psixoloji, genetik, əqli, iqtisadi, mədəni və ya sosial kimliyinə aid olan bir və ya bir neçə amil kimi xüsusi olaraq identifikatora istinad etməklə kimliyi müəyyənləşdirilə bilən şəxsdir.
Məlumatların emalı və ya işlənməsi dedikdə, avtomatlaşdırılmış vasitələr ilə və ya belə vasitələr olmadan, şəxsi məlumatlar və ya bir qrup şəxsi məlumatlar üzrə yerinə yetirilən, məlumatların toplanması, qeydə alınması, təşkili, strukturlaşdırılması, saxlanması, adaptasiyası və ya dəyişdirilməsi, geri qaytarılması, məsləhətləşilməsi, istifadəsi, ötürmə yolu ilə açıqlanması, paylanması və ya digər şəkildə təmin edilməsi, qruplaşdırılması və ya birləşdirilməsi, məhdudlaşdırılması, silinməsi və ya məhv edilməsi kimi hər hansı əməliyyat və ya əməliyyatlar qrupu nəzərdə tutulur.
GDPR –in 4 (7) – ci bəndinin mənası çərçivəsində şəxsi məlumatlarınızın emalı üçün məsul nəzarətçi:
Ettinger Straße 70, 850575 Inqolştadt, Deutschland / Almaniya ünvanında yerləşən AUDI AG –dir.
Məlumatların qorunması hüquqlarınızı təsdiq etmək istəyirsinizsə, aşağıdakı ünvandakı əlaqə seçimlərindən istifadə edin
Bu səhifədə siz məlumatların qorunması hüquqlarını necə təsdiq edəcəyinizə dair digər məlumatlara rast gələcəksiniz. Siz həmçinin aşağıdakı ünvana poçt göndərməklə də bizim ilə əlaqə saxlaya bilərsiniz:
AUDI AG, DSGVO-Betroffenenrechte / GDPR Məlumatların Qorunması Hüquqları, Auto-Union-Straße 1, 85057 Inqolştadt, Deutschland / Almaniya.
Məlumatların qorunması ilə bağlı hər hansı narahatlığınız olarsa, siz şirkətin Məlumatların qorunması üzrə məsul əməkdaşı ilə də əlaqə saxlaya bilərsiniz: AUDI AG Məlumatların qorunması üzrə məsul əməkdaş, Auto-Union-Strasse 1, 85045 Inqolştadt, Almaniya
E-mail: [email protected]
Məlumatların subyekti kimi yurisdiksiyanızdan asılı olaraq, sizin şəxsi məlumatlarınız ilə əlaqəli aşağıdakı hüquqlarınız olacaqdır:
İnformasiya: |
Sizin və məlumatların emalının əhatə dairəsi ilə bağlı AUDİ AG –də saxlanılan və AUDİ AG tərəfindən yerinə yetirilən məlumatların ötürülməsi ilə əlaqədar şəxsi məlumatlar haqqında informasiyaları tələb etmək və haqqınızda saxlanılan şəxsi məlumatların nüsxəsini əldə etmək hüququnuz var. . |
Düzəliş: |
Sizin düzgün olmayan şəxsi məlumatların dərhal düzəldilməsini, eləcə də, AUDİ AG tərəfindən – də sizə aid faylda saxlanılan natamam şəxsi məlumatların tamamlanmasını tələb etmək hüququnuz var. |
Silmə: |
Siz hüquqi tələblər yerinə yetirilərsə, AUDİ AG tərəfindən saxlanılan şəxsi məlumatların dərhal silinməsini tələb etmək hüququna maliksiniz. Bu xüsusilə aşağıdakı hallarda müşahidə edilən haldır:
Əgər biz məlumatlarınızı üçüncü tərəflərə ötürsək, bu zaman qanunla tələb olunan dərəcədə silinmə haqqında onları məlumatlandıracağıq. Yadda saxlayın ki, sizin məlumatların silinməsi hüququnuz müəyyən məhdudiyyətlərə tabedir. Məsələn, biz, qanuni saxlama öhdəliklərinə görə saxlanılması bizdən hələ də tələb olunan məlumatları silməyə bilərik və ya onları silməmək məcburiyyətində ola bilərik. Bundan əlavə, sizin silinmə ilə bağlı hüquqlarınız davam edən saxlama üçün digər əsaslarla mövcud olmadıqda, hüquqi iddialar üçün təsdiq etmək, icra etmək və ya müdafiə etmək üçün bizə lazım olan dərəcəni əhatə etmir.
|
Məlumatların emalı ilə bağlı məhdudiyyətlər:
Müəyyən hallarda, sizin məlumat emalının məhdudlaşdırılmasını tələb etmək hüququnuz var (yəni, saxlanılan şəxsi məlumatların gələcəkdə onun emalını məhdudlaşdırmaq məqsədilə işarələnməsi). Tələblər bunlardır:
Məlumatların emalı məhdudlaşdırıldığı təqdirdə, bu məlumatlar müvafiq olaraq işarələnəcək və saxlanılma halları istisna olmaqla, yalnız sizin razılığınız ilə və ya hüquqi tələblərin qaldırılması, icrası və ya müdafiəsi və ya digər fiziki və ya hüquqi şəxslərin hüquqlarının qorunması və ya Aİ və ya Aİ üzv dövlətinin vacib ictimai marağı səbəbilə emal ediləcəkdir.
.
Məlumatların daşına bilməsi:
Razılığınız və ya sizin ilə olan hər hansı müqavilə (əmək müqaviləsi daxil olmaqla) əsasında bizə təqdim etdiyiniz şəxsi məlumatlarınızı avtomatik olaraq emal etdiyimiz halda, həmin məlumatları strukturlaşdırılmış, çox istifadə olunan və maşın tərəfindən oxuna bilən formatda əldə etmək və bu məlumatları Audi AG-dən maneəsiz olaraq başqa nəzarətçiyə ötürmək hüququnuz var. Şəxsi məlumatlarınızın Audi AG-dən texniki cəhətdən mümkün olduqda, başqa nəzarətçiyə birbaşa ötürülməsi hüququnuz da var, o şərtlə ki, belə ötürülmə başqalarının hüquq və azadlıqları üçün mənfi təsirlərə səbəb olmasın.
Etiraz hüququ:
Şəxsi məlumatlarınızı qanuni mənafelər və ya ictimai maraq əsasında emal edəriksə, şəxsi vəziyyətiniz ilə əlaqəli əsaslarla şəxsi məlumatlarınızın emal edilməsinə etiraz etmək hüququnuz var. Bundan əlavə, məlumatlarınızı birbaşa marketinq məqsədlərimiz üçün emal etsək, sizin etiraz etmək üçün qeyri - məhdud hüququnuz var. Zəhmət olmasa “Etiraz etmək hüququ haqqında məlumat” adlı hissədəki ayrıca qeydimizə baxın.
Müəyyən vəziyyətlərdə maraqların tarazlaşdırılması kontekstində biz sizə əlavə qeyri - məhdud etiraz hüququ verəcəyik. Biz həmçinin sizi bu haqda “Etiraz etmək hüququnuz haqqında məlumat” bölməsində də məlumatlandırırıq.
Razılığın geri götürülməsi:
Şəxsi məlumatlarınızın emal edilməsinə razılıq verdiyiniz təqdirdə, istənilən vaxt bu razılığınızı geri götürə bilərsiniz. Yadda saxlayın ki, razılığınızın geri götürülməsi yalnız perspektivli şəkildə tətbiq olunur. Razılığın geri götürülməsindən əvvəl aparılan emal prosesi bu haldan təsirlənmir.
Şikayətlər:
Bundan əlavə, şəxsi məlumatlarınızın emal edilməsinin qanunsuz olduğunu düşünürsünüzsə, məlumatların qorunması üzrə səlahiyyətli orqana şikayət etmək hüququnuz var. Şikayət etmək hüququ digər inzibati və ya məhkəmə hüquqi müdafiə vasitələrinə xələl gətirmir. AUDI AG üçün səlahiyyətli olan məlumatların qorunmasına nəzarət orqanının ünvanı aşağıdakı kimidir:
Bayerisches Landesamt für Datenschutzaufsicht [Məlumatların qorunmasına nəzarət üzrə Bavariya Regional Ofisi]
Promenade 18
91522 Ansbax
Almaniya
Avtomobilinizə elektron idarəetmə qurğuları quraşdırılmışdır. İdarəetmə qurğuları, məsələn, avtomobilin sensorlarından aldıqları, özləri yaratdıqları və ya bir-birləri arasında paylaşdıqları məlumatları emal edirlər. Bəzi idarəetmə qurğuları avtomobilinizin təhlükəsiz işləməsini təmin etmək üçün tələb olunur, bəziləri idarəetmə zamanı sizə kömək edir (sürücü yardım sistemləri), bəziləri isə rahatlıq və əyləncə xüsusiyyətlərini təmin edir.
Aşağıda avtomobilinizdə məlumatların emalı barədə bəzi ümumi məlumatlara rast gələ bilərsiniz. Fərdi xüsusiyyətlər üçün məxfilik bildirişlərinə dair xüsusi məlumat, avtomobilinizin istismar təlimatında verilmişdir.
Hər bir avtomobil unikal (vahid) nəqliyyat vasitəsinin identifikasiya nömrəsi ilə müəyyən edilir. Almaniyada bu nəqliyyat vasitəsinin identifikasiya nömrəsini (“VIN”) Federal Avtomobil Nəqliyyatı İdarəsindən əldə edə bilərsiniz.
Avtomobilin sahibi və ya sürücüsü haqqında məlumat əldə etmək üçün nəqliyyat vasitəsindən toplanan məlumatları istifadə etməyin digər yolları da var; məsələn nömrə nişanı ilə.
İdarəetmə qurğuları tərəfindən yaradılan və ya emal edilən məlumatlar, bu səbəbdən şəxsən müəyyən edilə bilər və ya müəyyən şərtlər altında şəxsən müəyyən edilə bilər. Mümkün olduqda, məsələn idarəetmə davranışınız, yeriniz və ya marşrutunuz və ya istifadəçi davranışınız barədə nəticələr mövcud olan nəqliyyat vasitəsi məlumatlarından asılı olaraq çıxarıla bilər.
Qanuni tələblər olduqda, istehsalçılar ayrı-ayrı hallarda istehsalçıda saxlanılan məlumatları zəruri dərəcədə təmin etmək üçün dövlət qurumlarının tələblərini yerinə yetirməyə borcludurlar (məsələn, cinayət əməlinin araşdırılmasına kömək etmək məqsədilə).
Mövcud qanunlar daxilində, dövlət qurumları ayrı-ayrı hallarda nəqliyyat vasitələrindən məlumatları oxumaq səlahiyyətinə malikdirlər. Məsələn, qəza ba verərsə, qəzanın araşdırılmasına kömək etmək üçün hava yastığı idarəetmə qurğusundan məlumatlar oxunur.
İdarəetmə qurğuları avtomobili işlətmək üçün məlumatları emal edir. Bunlara missal üçün aşağıdakılar daxildir:
Ümumiyyətlə, bu cür məlumatlar müvəqqətidir və istismar vaxtından sonra saxlanılmır və yalnız avtomobilin özündə emal edilir. İdarəetmə qurğuları adətən hadisə qeydlərini (nəqliyyat vasitəsinin açarı daxil olmaqla) aparır. Bunlar, texniki hadisələrin, həmçinin nəqliyyat vasitəsinin vəziyyəti barədə məlumatların (məsələn, komponent gərginliyi, texniki xidmət məlumatları) müvəqqəti və ya daimi sənədləşdirilməsi üçün istifadə olunur.
Seçilmiş avadanlıqdan asılı olaraq aşağıdakı məlumatlar saxlanılır:
Xüsusi hallarda (məsələn, nəqliyyat vasitəsində nasazlıq aşkar edildikdə) digər şəkildə yalnız müvəqqəti ola biləcək məlumatları saxlamaq zəruri ola bilər.
Xidmətlərdən istifadə edən zaman (məs. təmir xidmətləri, texniki baxım işləri) tələb olunduqda, nəqliyyat vasitəsinin identifikasiya nömrəsi ilə birlikdə saxlanılan əməliyyat məlumatlarını oxumaq və istifadə etmək zəruri ola bilər. Məlumatlar xidmət şəbəkəsinin əməkdaşı (msəs. mexaniklər, istehsalçı) və ya üçüncü tərəflər (məs. nasazlıq xidməti mərkəzləri) tərəfindən nəqliyyat vasitəsindən oxuna bilər. Eyni qaydada zəmanət hallarına və keyfiyyət təminatı tədbirlərinə də şamil olunur.
Məlumatlar ümumiyyətlə nəqliyyat vasitəsində OBD (avtomobilin kompüter diaqnostikası) sisteminə qanuni şəkildə nəzərdə tutulan bağlantı vasitəsilə oxunur. Oxunan əməliyyat məlumatları nəqliyyat vasitəsinin və ya ayrı – ayrı komponentin texniki vəziyyətini sənədləşdirir və texniki baxım öhdəlikləri və keyfiyyətin təkmilləşdirilməsinə uyğun olaraq xətaların diaqnozunda köməklik göstərir. Bu məlumatlar, xüsusilə də komponent gərginliyi, texniki hadisələr, əməliyyat xətaları və nasazlıqlar barədə məlumatlar, lazım olduqda diaqnostika protokolunun bir hissəsi olaraq bizə ötürülür. Bu məlumatlar, xüsusilə komponent gərginliyi, texniki hadisələr, əməliyyat səhvləri və digər səhvlər haqqında məlumatlar, lazım olduqda, avtomobilin identifikasiya nömrəsi ilə birlikdə istehsalçıya göndərilir. İstehsalçı da məhsul öhdəliyinə tabedir. İstehsalçı, həmçinin geri çağırma üçün avtomobildəki əməliyyat məlumatlarından istifadə edir. Bu məlumatlar müştərilərin zəmanət və təminat tələblərini nəzərdən keçirmək üçün də istifadə edilə bilər.
Avtomobildəki səhv saxlama vahidləri xidmət mərkəzi tərəfindən xidmət və ya təmir işlərinin bir hissəsi olaraq və ya sizin sorğunuz əsasında yenidən müəyyənləşdirilə bilər.
Avtomobildəki rahatlıq parametrlərini və fərdiləşdirmələri yadda saxlaya və istədiyiniz zaman dəyişdirə və ya yenidən qura bilərsiniz. Müvafiq avadanlıqdan asılı olaraq, bunlara, məsələn, aşağıdakılar daxildir:
• Oturacaq və sükan mövqeləri üçün parametrlər,
• Şassi və iqlim nəzarəti parametrləri,
• Daxili işıqlandırma kimi fərdiləşdirmələr.
Seçilmiş avadanlıqlar çərçivəsində öz məlumatlarınızı avtomobilin əyləncə funksiyalarına daxil edə bilərsiniz. Müvafiq avadanlıqdan asılı olaraq, bunlara, məsələn aşağıdakılar daxildir:
• İnteqrasiya olunmuş multimedia sistemində yenidən oxutma üçün musiqi, film və ya fotoşəkillər kimi multimedia məlumatları,
• İnteqrasiya olunmuş mikrofonlu telefon sistemi və ya naviqasiya sistemi ilə birlikdə istifadə olunan ünvan kitabçası məlumatları,
• Daxil edilən naviqasiya təyinat nöqtələri
• İnternet xidmətlərindən istifadə haqqında məlumatlar.
Rahatlıq və əyləncə funksiyaları ilə bağlı bu məlumatlar lokal olaraq nəqliyyat vasitəsində və ya avtomobilə qoşduğunuz cihazda (məsələn, smartfon, USB və ya MP3 pleyer) saxlanıla bilər. Verilənləri özünüz daxil etmisinizsə, istədiyiniz zaman silə bilərsiniz.
Ümumiyyətlə, bu cür məlumatlar, xüsusən seçdiyiniz parametrlərə uyğun olaraq onlayn xidmətlərin istifadəsi ilə əlaqədar olaraq, yalnız sizin tələbinizlə nəqliyyat vasitəsindən köçürüləcəkdir. Online xidmətlər haqqında ətraflı məlumatı MMI məxfilik bildirişinin 2 – ci bölməsindən əldə edə bilərsiniz.
Avtomobilinizdə lazımi avadanlıq varsa, avtomobilə inteqrasiya olunmuş idarəetmə qurğularını idarə etmək üçün smartfonunuzu və ya digər mobil cihazınızı avtomobilə qoşa bilərsiniz. Bunu etsəniz, video və səs faylını multimediya sistemi üzərindən smartfonunuzdan yayımlaya bilərsiniz. Eyni zamanda, müəyyən məlumatlar smartfonunuza ötürüləcəkdir. İnteqrasiya növündən asılı olaraq, buraya məsələn, yerləşmə /məkan məlumatları, gündüz / gecə rejimi və nəqliyyat vasitəsi haqqında digər ümumi məlumatlar daxildir. Daha ətraflı məlumatı avtomobil / əyləncə sisteminin istifadə kitabçasından əldə edə bilərsiniz.
İnteqrasiya, naviqasiya və ya musiqinin təkrar oxudulması kimi seçilmiş smartfon tətbiqetmələrinin istifadəsini təmin edir. Smartfon və nəqliyyat vasitəsi arasında başqa qarşılıqlı əlaqə yoxdur; xüsusilə nəqliyyat vasitəsi məlumatlarına aktiv giriş yoxdur. Digər məlumatların emalı növü istifadə olunan tətbiqin təminatçısı tərəfindən müəyyən edilir. Hansı parametrləri tənzimləyə biləcəyiniz müvafiq tətbiqdən və smartfonunuzun əməliyyat sistemindən asılıdır.
V. Onlayn xidmətlər
Avtomobilinizin simsiz şəbəkə bağlantısı varsa, bu, avtomobiliniz ilə digər sistemlər arasında məlumat mübadiləsini təmin edir (Audi AG məlumat serverləri və ya xidmət təminatçılarının məlumat serverləri). Bəzi ölkələrdə simsiz şəbəkə bağlantısı ötürücü və qəbuledici qurğu (tərəfimizdən quraşdırılmış) və ya quraşdırdığınız mobil cihaz (məsələn, smartfon) vasitəsilə mümkündür. Bu şəbəkə bağlantısı vasitəsilə onlayn funksiyalardan (avtomobiliniz üçün məlumat və nəzarət xidmətləri) istifadə edilə bilərsiniz. Buraya tərəfimizdən və ya digər provayderlər tərəfindən təmin edilən onlayn xidmətlər və tətbiqlər / proqramlar ("Audi bağlantı xidmətləri" və ya "Xidmətlər") daxildir.
Fərdi xidmətlər haqqında məlumatı MMI məxfilik bildirişinin 2 – ci bölməsindən əldə edə bilərsiniz.
Burada qeyd olunan xidmətlərin hamısının sizin avtomobilinizdə və ya ölkənizdə ola bilməyəcəyini unutmayın.
1. İstehsalçı xidmətləri
AUDI AG onlayn xidmətləri üçün müvafiq funksiyalar, əlaqədar məlumatların qorunması haqqında informasiyalar ilə birlikdə uyğun yerdə (məsələn, MMI, AUDI AG veb səhifəsi) təsvir olunur. Onlayn xidmətlərin göstərilməsi üçün şəxsi məlumatlar tələb oluna bilər. Bu məlumatlar, məsələn, istehsalçının bu məqsədlə təqdim etdiyi İT sistemləri tərəfindən etibarlı əlaqə ilə mübadilə ediləcəkdir. Şəxsi məlumatlar yalnız qanuni icazə əsasında, məsələn, qanuni tələb olunan təcili çağırış sisteminin bir hissəsi kimi, müqavilə razılaşması olduqda və ya razılıq verildiyi təqdirdə, xidmətlərin göstərilməsinin əhatəsindən kənarda toplanır, emal edilir və istifadə olunur.
Müəyyən xidmətlər və xüsusiyyətlər əldə edə bilərsiniz (bəziləri pulsuzdur) və - avtomobildən asılı olaraq - bəzi hallarda bütün simsiz internet bağlantısı aktiv və ya deaktiv edilir. Bura təcili çağırış sistemi kimi qanuni tələb olunan xüsusiyyətlər və xidmətlər daxil deyil.
2. Üçüncü tərəf xidmətləri
Digər provayderlərin (üçüncü tərəflərin) onlayn xidmətlərindən istifadə edirsinizsə, bu xidmətlər müvafiq provayderin məlumatların qorunması şərtlərinə və istifadə şərtlərinə tabedir. Paylaşılan məlumatlar üzərində ümumiyyətlə heç bir təsirimiz yoxdur.
Üçüncü tərəf xidmətlərindən istifadə zamanı toplanan və istifadə olunan şəxsi məlumatların növü, əhatə dairəsi və məqsədi barədə daha ətraflı məlumatı müvafiq xidmət təminatçısından əldə edə bilərsiniz.
VI. Digər hansı məlumatları emal edirik və bu məlumatlar hansı mənbələrə aiddir?
İşgüzar əlaqələrimiz zamanı sizdən aldığımız şəxsi məlumatları, nəqliyyat vasitənizin alınması və ya digər məhsul və ya xidmətlərin alınması prosesinin başladılması, tətbiqi və aparılması (hər hansı zəmanət işlərinin işlənməsi daxil olmaqla) zamanı emal edirik. Bundan əlavə, avtomobilin alınması ilə əlaqədar tələb olunarsa (məsələn, avtomobil istehsalı, nəqliyyat vasitəsinin çatdırılması, əldə edilmiş xidmətlərin göstərilməsi) - Audi və ya VW Qrupa aid olan digər şirkətlərdən və ya digər üçüncü tərəfdən qanuni şəkildə əldə etdiyimiz şəxsi məlumatları emal edirik (məsələn, Audi dilerləri, sexləri və SCHUFA kimi kredit agentlikləri; məsələn, sifarişləri icra etmək, müqavilələri yerinə yetirmək və ya sizin razılığınız əsasında). Biz həmçinin qanuni şəkildə ictimaiyyətə açıq mənbələrdən (məsələn, Federal Avtomobil Nəqliyyatı İdarəsi) əldə etdiyimiz və emalına icazə verilən şəxsi məlumatları da emal edirik.
Bir qayda olaraq, müvafiq şəxsi məlumatlara şəxsi rekvizitlər (ad, ünvan və digər əlaqə məlumatları (məsələn, telefon nömrəsi, elektron poçt ünvanı), doğum tarixi və yeri və milliyyət) də daxildir. Əlavə şəxsi məlumatlar da nəqliyyat vasitəsinin növündən asılı olaraq emal edilə bilər.
Bundan əlavə, avtomobilinizin VIN-dən istehsal və çatdırılma prosesi zamanı, hər hansı zəmanət və təminat halları, daxili keyfiyyət monitorinqimiz üçün və avtomobilinizin oğurlanması halında avtomobilinizin unikal identifikatoru kimi istifadə olunur.
Bu məlumatlara xüsusi olaraq C. I., II. V və VI.1 bölmələrində qeyd olunan məlumatlar daxildir.
Şəxsi məlumatlarınızı Məlumatların Qorunması haqqında Ümumi Qaydaların (GDPR) və Alman Federal məlumatların qorunması qanununun (Bundesdatenschutzgesetz [“BDSG”]) müddəalarına uyğun olaraq müxtəlif məqsədlər üçün emal edirik.
Şəxsi məlumatlarınızın emalı aşağıdakı qanuni əsaslardan biri ilə dəstəklənməlidir:
Müstəsna hallarda, biz şəxsi məlumatların sizə aid olan xüsusi kateqoriyalarını (irqi və ya etnik mənşəyi, siyasi fikirləri, dini və ya fəlsəfi inancları və ya həmkarlar ittifaqı üzvlüyünü müəyyən edən məlumatlar və genetik məlumatların, biometrik məlumatların fiziki şəxsin unikal olaraq müəyyən edilməsi məqsədi ilə emalı, sağlamlıq haqqında məlumatlar və ya fiziki şəxsin cinsi həyatı və ya cinsi oriyentasiyasına aid məlumatlar) emal etdikdə, aşağıdakı hüquqi əsaslardan biri də tətbiq edilməlidir:
• Siz açıq -aşkar razılığınızı vermisiniz (Maddə 9 (2a) GDPR).
• Məlumatların emalı sizin və ya başqa fiziki şəxsin həyati maraqlarını qorumaq üçün lazımdır və məlumat subyekti fiziki və ya hüquqi baxımdan razılıq vermək iqtidarında deyil (Maddə 9 (2c) GDPR).
• Məlumatların emalı , ictimaiyyətə təqdim etdiyiniz şəxsi məlumatlar ilə əlaqədardır (Maddə 9 (2e) GDPR).
• Məlumatların emalı qanuni tələblərin müəyyənləşdirilməsi, həyata keçirilməsi və ya müdafiəsi məqsədilə vacibdir (Maddə 9 (2f) GDPR).
• Məlumatların emalı, məlumat subyektinin əsas hüquqlarını və maraqlarını qorumaq üçün qoyulan məqsədə uyğun olacaq, məlumatların qorunması hüququnun mahiyyətinə hörmət edən və uyğun və spesifik tədbirlərin görülməsini təmin edən Aİ qanunu və ya Aİ üzv dövlətinin qanunu əsasında əhəmiyyətli ictimai maraq səbəbilə zəruridir. (Maddə 9 (2g) GDPR).
Yuxarıda göstərilənlərə əməl etməklə biz sizin şəxsi məlumatlarınızı aşağıdakı qanuni prinsiplərə əsasən və aşağıdakı məqsədlər üçün emal edirik:
Məqsəd |
Hüquqi əsas |
Maraqların tarazlaşdırılması üçün qanuni maraq |
Avtomobilin sifariş verilməsi, istehsalı və çatdırılması |
Nəqliyyat vasitəsinin satışı / icarəsi haqqında müqavilənin və ya icarə müqaviləsinin yerinə yetirilməsi və ya özünüz müqavilə tərəfdaşı deyilsinizsə, maraqların tarazlaşdırılması |
---- |
Əlilliyi olan müştərilər üçün xüsusi avadanlıqların təmin edilməsi |
Nəqliyyat vasitəsinin satışı / icarəsi haqqında müqavilənin və ya icarə müqaviləsinin yerinə yetirilməsi və ya özünüz müqavilə tərəfdaşı deyilsinizsə və razılıq vermirsinizsə, maraqların tarazlaşdırılması |
---- |
Bizim ilə və ya müştəri dəstəyimiz, xüsusən müştəri şikayətləri və müştəri sorğuları üzrə cavabehlik daşıyan şöbələr ilə əlaqə saxlayarkən baş verən narahatlıqlarınızın emal edilməsi |
Nəqliyyat vasitəsinin satışı / icarəsi haqqında müqavilənin və ya icarə müqaviləsinin və yaxud digər xidmət və ya iş müqaviləsinin yerinə yetirilməsi və ya özünüz müqavilə tərəfdaşı deyilsinizsə, maraqların tarazlaşdırılması |
Narahatlıqlarınızın və sorğularınıza cavabların səmərəli şəkildə emal edilməsi |
Digər sifariş edilmiş xidmətlərin göstərilməsi və sifarişlərinizin icrası, müqavilə bağlanmazdan əvvəlki fəaliyyətlər çərçivəində tədbir və digər fəaliyyətlərin həyata keçirilməsi (məsələn, yeni nəqliyyat vasitələri) |
Nəqliyyat vasitəsinin satışı / icarəsi haqqında müqavilənin və ya icarə müqaviləsinin yerinə yetirilməsi və ya özünüz müqavilə tərəfdaşı deyilsinizsə, maraqların tarazlaşdırılması |
|
Xətaların təhlili (nəqliyyat vasitələrində edilən dəyişikliklərin analizi daxil olmaqla) və AUDI AG-yə qarşı qaldırılan iddialar zamanı zəmanətlərin yoxlanılması və idarə edilməsi |
Nəqliyyat vasitəsinin satışı / icarəsi haqqında müqavilənin və ya icarə müqaviləsinin yerinə yetirilməsi və ya özünüz müqavilə tərəfdaşı deyilsinizsə, maraqların tarazlaşdırılması |
Zəmanət və ya təminat müddəti ərzində nəqliyyat vasitəsindəki dəyişikliklər səbəbindən (sazlama, modifikasiyalar və s.) öz-özünə baş verdiyini təsdiqləyən yetərli dəlillər varsa, AUDI AG-nin bunun qəbul edilməsində hüquqi marağı ola bilər. |
Audi dilerinin xətaların təhlilinə (nəqliyyat vasitələrində edilən dəyişikliklərin təhlili daxil olmaqla) və Audi dilerlərinə qarşı qaldırılan iddialar zamanı zəmanətlərin yoxlanılması və baxılmasına dəstək göstərməsi |
maraqların tarazlaşdırılması |
Xətaların effektiv şəkildə aşkarlanması və xətaların aradan qaldırılmasına nail olmaq üçün onların təhlili |
Hüquqi mübahisələrə baxılması
maraqların tarazlaşdırılması
AUDI AG və ya müvafiq Audi dileri tərəfindən hüquqi tələbləri irəli sürmək, həyata keçirmək və ya müdafiə etmək
Məhsulların təkmilləşdirilməsi
maraqların tarazlaşdırılması
Nəqliyyat vasitələrinin xüsusi nasazlıqları və nəqliyyat vasitələrinin və funksiyalarının daha da inkişaf etdirilməsi üçün nəqliyyat vasitələrinin ümumi istifadəsi barədə məlumatların istifadəsi
VIN -dən istifadə edərək nəqliyyat vasitələrini və nəqliyyat vasitələrinin hissələrini izləməklə avtomobilin oğurlanması halında hüquq-mühafizə orqanlarının dəstəyi
Ictimai maraq
----
Oğurluq hallarından qorunmanın təkmilləşdirilməsi
maraqların tarazlaşdırılması
Oğurluqdan qorunma ilə əlaqəli nəqliyyat vasitələrinin funksiyalarında ümumi inkişaf üçün oğurluq hallarının araşdırılmasından əldə edilən məlumatların qiymətləndirilməsi
Audi dilerləri tərəfindən kompensasiya və bonus proqramları ilə əlaqəli iddialara baxılması
maraqların tarazlaşdırılması
Audi dilerlərinin hüquqi iddialarına uyğunluq
Ümumi müştəri analizi, idarəetməyə nəzarət üzrə statistik qiymətləndirmə, VİN - dən istifadə edərək xərclərin qeydə alınması və onlara nəzarət
maraqların tarazlaşdırılması
Məhsul nəzarəti və digər qanuni öhdəliklərə uyğunluq
Hüquqi öhdəliyə uyğunluq
Müvafiq məhsul müşahidəsi və sənədləşmə (o cümlədən sizin ilə birbaşa əlaqə qurmaqla şikayətlərin proaktiv şəkildə idarə edilməsi), məhsul öhdəliyi, geri çağırma tədbirləri ilə keyfiyyətə nəzarət
maraqların tarazlaşdırılması
Məhsulun keyfiyyətinə nəzarət və məhsulun zədələnməsinin qarşısının alınması, şikayətlərin qabaqlayıcı idarəetməsi
Dələduzluq və çirkli pulların yuyulmasının qarşısının alınması
Hüquqi öhdəliyə uyğunluq , maraqların tarazlaşdırılması
Hüquqi və rəsmi öhdəliklərə uyğunluq
Terrorizmin maliyyələşdirilməsinin və cinayət əməllərinə aid olan aktivlərin toplanmasının qarşısının alınması, ona qarşı mübarizə aparılması və aydınlaşdırılması, Avropa və beynəlxalq anti - terrorizm siyahıları ilə müqayisələrin aparılması
Hüquqi öhdəliyə uyğunluq , maraqların tarazlaşdırılması
Hüquqi və rəsmi öhdəliklərə uyğunluq
Rəsmi tələblərə uyğunluq (məsələn, Federal Avtomobil Nəqliyyatı İdarəsinin məhsulu geri çağırma tədbirləri)
Hüquqi öhdəliyə uyğunluq , maraqların tarazlaşdırılması
Hüquqi və rəsmi öhdəliklərə uyğunluq
Vergi qanunlarına uyğun olaraq yoxlama və hesabatvermə vəzifələrinə və arxivləşdirmə məlumatlarına uyğunluq
Hüquqi öhdəliyə uyğunluq , maraqların tarazlaşdırılması
Hüquqi və rəsmi öhdəliklərə uyğunluq
Rəsmi səlahiyyətli orqan və ya məhkəmələr tərəfindən sübut əldə edilməsi, təqib və mülki hüquqi iddialarının icrası məqsədilə görülən tədbirlər çərçivəsində məlumatların açıqlanması
Hüquqi öhdəliyə uyğunluq , maraqların tarazlaşdırılması
Hüquqi və rəsmi öhdəliklərə uyğunluq
Müştərilərin və potensial müştərilərin dəstəklənməsi
Razılıq
----
Müştəri sorğuları (məmnuniyyət sorğusu daxil olmaqla)
Razılıq, maraqların tarazlaşdırılması
Keyfiyyət təminatı və müştəri məmnuniyyətinin qeydə alınması
Şəxsən sizə uyğun olan müştəri məlumatlarının və birbaşa reklamın hazırlanması
Razılıq
----
Vahid müştəri məlumat bazası yaratmaq üçün Audi və Audi partnyorları arasında məlumatların konsolidasiyası
Razılıq
----
Işgüzar nəticələrin uçotu və vergi qiymətləndirməsi
Nəqliyyat vasitəsinin satışı / icarəsi haqqında müqavilənin və ya icarə müqaviləsinin yerinə yetirilməsi və ya özünüz müqavilə tərəfdaşı deyilsinizsə, maraqların tarazlaşdırılması, hüquqi öhdəliklərə uyğunluq
Hüquqi və rəsmi öhdəliklərə uyğunluq
Mobillik xidmətləri, ehtiyat hissələri təchizatı
Müqavilənin yerinə yetirilməsi
----
Maliyyələşdirmə və lizinqin təşkili,
Müqavilənin yerinə yetirilməsi
----
Avtomobilin qeydiyyatı, test drayvlar
Maraqların tarazlaşdırılması
AUDİ AG, onun işçiləri və satış partnyorları, təchizatçıları və s. tərəfindən zəruri olarsa avtomobilin idetifikasiya nömrəsindən istifadə etməklə müqavilə və qanuni öhdəliklərə uyğunluğun yoxlanılması
Birbaşa marketinq məqsədləri üçün və ya şəxsi səbəblərdən məlumatları emal edən zaman etiraz hüquqlarınıza və razılığınızı geri götürmək hüququnuza əməl edin (bax: “Sizin hansı hüquqlarınız var?” və “Etiraz hüquqlarınız haqqında məlumat” bölmələri).
Işgüzar münasibətlərin əhatə dairəsi çərçivəsində sizdən yalnız işgüzar münasibətlərə başlamaq və onları davam etdirmək üçün zəruri olan və ya əldə edilməsi hüquqi cəhətdən məcburi olan şəxsi məlumatları bizə təmin etməyiniz tələb oluna bilər. Bu məlumatlar olmadan biz müqavilə bağlamaq və ya sifarişi yerinə yetirməkdən ümumiyyətlə imtina edəcəyik və ya mövcud müqaviləni icra etməyə artıq qadir olmayacağıq və ona xitam verilə bilər.
AUDİ AG tərəfindən aparılan məlumat emalının həcminə və mürəkkəbliyinə görə, bu məxfilik bildirişində sizin şəxsi məlumatlarınızın hər bir alıcısını ayrı – ayrı qeyd etmək mümkün deyil. Ümumi qayda olaraq, buna görə də, biz alıcıların yalnız müəyyən kateqoriyalarını müəyyənləşdiririk.
AUDİ AG – dəki alıcılar müqavilə və hüquqi öhdəliklərimizi yerinə yetirmək, eləcə də qanuni maraqlarımızı təmin etmək üçün sizin məlumatları tələb edən tərəflərdir.
Tərəfimizdın işə götürülən xidmət provayderləri (məlumatları emal edənlər) bu məqsədlər üçün məlumatları qəbul edə bilər. Sizin İP ünvanınız, məsələn, tələb etdiyiniz bülleteni sizə göndərə bilmələri üçün xidmət provayderinə yönləndirilə bilər. Xidmət provayderlərindən server potensialını təmin etmək tələb oluna bilər.
Bizim və ya üçüncü tərəfin məlumatların açıqlanmasında qanuni marağımız olarsa və ya siz buna razılaşarsınızsa, şəxsi məlumatlarınızı müqavilənin yerinə yetirilməsi üçün zəruri qaydada üçüncü tərəflərə açıqlayacağıq. Bu, məsələn, biz avtomobilinizi və ya digər məhsulları çatdırmaq üçün nəqliyyat xidməti provayderini işə götürdüyümüz zaman baş verir. Bundan əlavə, məlumatlar qanuni müddəalara və ya tətbiq olunan qaydalara və ya məhkəmə qərarına əməl etmək üçün ötürülə bilər.
Hüquqi əsas olduqda, xidmət təminatımızdan asılı olmayaraq, şəxsi məlumatlarınızı yönləndirəcəyimiz üçüncü tərəflərə aşağıdakılar daxildir:
keyfiyyət monitorinqi, keyfiyyət təminatı, eləcə də xətaların təhlili kontekstində avtomobilin identifikasiya nömrəsini və avtomobil ilə əlaqəli texniki məlumatları Volkswagen qrupunun digər şirkətlərinə, istehsal müəssisələrinə və / və ya avtomobil ehtiyat hissələri tədarükçülərinə ötürə bilərik.
Məlumatlar üçüncü ölkələrə (yəni Avropa İttifaqının və ya Avropa İqtisadi Bölgəsinin üzvü olmayan ölkələrə) sizə xidmət göstərə bilməyiniz üçün qanunla tələb olunarsa və ya razılıq verdiyiniz təqdirdə ötürülə bilər. Bundan əlavə, şəxsi məlumatlarınızı üçüncü ölkələrdəki emal edən tərəflərə də ötürə bilərik.
Yadda saxlayın ki, üçüncü ölkələrin hamısında Avropa Komissiyası tərəfindən adekvat olaraq tanınan məlumat qoruma səviyyəsi yoxdur. Yetərli məlumat qoruma səviyyəsinin olmadığı üçüncü ölkələrə məlumatların ötürülməsi üçün məlumatları paylaşmadan əvvəl alıcının ya lazımi səviyyədə məlumat qoruma səviyyəsinə malik olmasını təmin edəcəyik (məsələn, alıcı ilə "Aİ standart müqavilə bəndləri" adlandırılan razılaşma ilə) ya da istifadəçilərimizin birbaşa razılığını alacağıq.
Xüsusi olaraq tətbiq olunan və ya razılaşdırılmış müddəaların nüsxəsini bizdən məlumatların qorunmasının müvafiq səviyyəsini təmin etmək üçün əldə edə bilərsiniz
Bu məqsədlə Müqavilə bölməsindəki məlumatlardan istifadə edin.
İstehsal prosesinin bir hissəsi olaraq, gələcək avtomobilinizin avtomobil identifikasiya nömrəsini, tələb olunarsa, üçüncü ölkədəki (Macarıstan, Belçika, Meksika, Slovakiya, İspaniya, Rusiya, Braziliya, Hindistan və Çin) istehsal müəssisəsinə ötürəcəyik. Bundan əlavə, keyfiyyət monitorinqi, keyfiyyət təminatı və xətaların təhlili kontekstində avtomobil identifikasiya nömrəsini və avtomobil ilə əlaqəli müvafiq texniki məlumatları Volkswagen qrupunun digər şirkətlərinə, istehsal müəssisələrinə və / və ya avtomobil hissələri tədarükçülərinə ötürə bilərik.
Biz sizin məlumatlarınızı xidmətlərimizi sizə təqdim etmək üçün zəruri olarsa və ya davamlı saxlanılma üzrə qanuni marağımız olduğu müddətcə saxlayırıq.
Bundan əlavə, Alman Ticarət Məcəlləsi (Handelsgesetzbuch - HGB) və Vergi Məcəlləsinə (Abgabenordnung - AO) uyğun olaraq, müxtəlif saxlama və sənədləşmə tələblərinə əməl etməliyik. Orada göstərilən saxlama və sənədləşmə müddətləri 10 ilə qədər davam edən müddəti əhatə edir. Nəhayət, saxlama müddəti, məsələn, Alman Mlüki Məcəlləsinin (Bürgerliches Gesetzbuch - BGB) 195 - ci Bölməsinə uyğun olaraq 30 ilədək ola bilən m?