Hələ 20 il əvvəl Audi ilk S3 ilə premium sinfin kompakt idman avtomobilləri seqmentini açmışdı. İndi isə brend yeni nəsil Audi S3 Sportback və Audi S3 Sedan modellərini təqdim edib. Hər iki model 310 at gücü, 400 Nm fırlanma anı hasil edən 2.0 TFSI mühərriklə 100 km/saat sürətinə 4,8 saniyəyə çatır. Qarışıq rejimdə 100 km məsafəyə yanacaq sərfiyyatı və atmosferə buraxılan CO2 tullantının miqdarı - S3 Sportback: 7,4 litr; 170-169 q/km, S3 Sedan: 7,3-7,2 litr; 166-165 q/km təşkil edir. S3 modeli 7 pilləli S tronic sürətlər qutusu, intellektual idarəetməyə malik Quattro sistemi və amortizatorları əlavə idarəolunan S idman asqısı ilə yolda mükəmməl performansa sahibdir.