Servis
Mesaj

Xəbərlər

08 July, 2020 // Audi Bakı Mərkəzi çoxdan gözlənilən 5+1 kampaniyasına start verdi

Yeni kampaniya müddətində əldə olunan istənilən Audi A6 və Q7 modelinə 5 il zəmanətin verilməsi ilə yanaşı 1 illik pulsuz servis xidməti hədiyyə olunur. Qeyd edək ki, hazırda Audi A6 və Q7 modelləri xüsusi endirimli qiymətlərlə müştərilərə təklif edilir və bu kampaniya məhdud sayda avtomobilə şamil olunur. 

Audi A6 2.0 TFSI biznes sedanı yüksək təchizatı ilə yanaşı öz seqmentində qiymət baxımından ən münasib təklifdir. 

Lüks yolsuzluq avtomobili, yeni Audi Q7 artıq Azərbaycanda. Avtomobil 2.0 və 3.0 litr həcmli mühərrik variantlarında təklif olunur. 

Audi avtomobillərinin təchizatı və qiymətləri ilə rəsmi saytda tanış olmaq və online sifarişlə əvvəlcədən reserv etmək mümkündür. Online sifariş edilən avtomobillər alıcıya çatdırılaraq ünvanda təhvil verilir.