İkinci nəsil Audi A3 sedan təqdim olunub. Kompakt avtomobil geniş tərkibdə informasiya-əyləncə və köməkçi sistemlərlə təchiz edilib. Eleqant dizayn arxasında dinamik sürüşə tənzimlənmiş asqı sistemi və effektiv idarəetmə dayanır. Yeni A3 sedan eleqant, idman tərzində hazırlanıb. Əvvəlki modellə müqayisədə o, indi 4 sm uzun (4,5 m), 2 sm enli (1,82 m) və 1 sm hündürdür (1,43 sm). Baqaj həcmi əvvəlki modellə eynidir – 425 litr.
Xarakterik Singleframe radiator qəfəsi parlaq işıqlarla əhatə olunub. Onlar aşağı hissədən trapesşəkilli bucaqlar yaradıb. Matrix LED işıq texnologiyalı top versiyalarda bu hissələr rəqəmsal gündüz işıqlarıdır. Onlar 15 işıq diodu seqmentindən ibarət matriks piksellərdən ibarətdir.
Aerodinamika böyük diffuzor, yan güzgülər və Singleframe qəfəsin arxasındakı elektrik jalüz modul hesabına daha da yaxşılaşdırılıb.
A3 Sedanın salonu tam sürücüyə yönəlib. Bu interyer dizaynından başlayaraq idarəetmə elementləri və displeydə davam edir. Cihazlar paneli və mərkəzi MMI sensor displey bir balaca sürücüyə tərəf meyllənib. Displey diaqonalı 10,1 düym ölçüsündədir. Sükan arxasındakı 10,25 düymlük cihazlar paneli hətta baza modeldə belə rəqəmsaldır. 12,3 düymlük Audi virtual cockpit plus 3 fərqli versiyada təklif olunur.
Yeni A3 Sedan geniş informasiya-əyləncə sistemlərinə sahibdir. MMI Navigation plus 3-cü nəsil informasiya-əyləncə modul platformasındadır. Onun gücü əvvəlki modellə müqayisədə 10 dəfə artıqdır. Avtomobilin smartfona qoşulması Apple Car Play və Android Auto əlavələri (MMI) və Audi phone box ilə mümkündür. Personallaşdırma üçün 6 istifadəçi profilini daxil etmək olar. Bura oturacaqların tənzimindən başlayaraq, klimat və multimedia sistemlərinin tənzimi aiddir. Rəqəmsal DAB + radio standart təchizata daxildir.
Yeni A3 Sedan həm də sürücü köməkçiləri ilə zəngindir. Audi Pre sense sistemi salon güzgüsünün arxasındakı kamera və ön radarlarla əlaqəlidir. Sistem şəhər daxilində gözlənilməz hadisələr zamanı qəzaların qarşısını almağa, yaxud heç olmasa fəsadın dərəcəsini azaltmağa hesablanıb.
Audi A3 Sedan 35 TFSI versiyada 1,5 litrlik 150 at güclü mühərriklə təchiz olunur. Seçimdə 6 pilləli mexaniki və ya 7 pilləli S-tronic sürətlər qutusu ola bilər. Axırıncı variant üçün 48 Voltluq hibrid sistem də aktivdir. 2.0 TDI dizel variantı da eyni - 150 at gücü hasil edir.
Təchizatda standart asqı sistemindən başqa sport və tənzimlənən amortizatorlu alternativlər mövcuddur.