Avtomobil həm dizayn, həm də texniki cəhətdən yenilənib. Artıq Q7 modelini Azərbaycanda ilk dəfə dizel mühərriki ilə də əldə etmək olar. Mühərrik seçimində 3.0 TDI (249 at gücü) dizel, 2.0 TFSI (245 at gücü) və 3.0 TFSI (340 at gücü) benzin mühərrikləri mövcuddur. Yenilənmiş Audi Q7 avtomobilinin təchizatında bir çox texnoloji yeniliklər və innovativ sistemlər yer alıb. Modelin və ümumiyyətlə Audi markasının fanatları tanınmış tam ötürücü Quattro sisteminin imkanlarında da faydalana bilər.
Nəzərinizə çatdıraq ki, yenilənmiş Q7 modelinin ilk partiyası artıq satılıb. Növbəti partiya tezliklə satışda olacaq. Yenilənmiş Q7 və digər Audi modellərinin təchizatı və qiymətləri ilə rəsmi saytda tanış olmaq və online sifariş edərək əvvəlcədən reserv etmək mümkündür. Online sifariş edilən avtomobillər alıcıya çatdırılaraq ünvanda təhvil verilir.
Nəhəng, lüks SUV-nin bəzi xüsusiyyətləri və imkanları ilə video təqdimatda tanış ola bilərsiniz.