test drive yazılın
bizə mesaj göndərin

Xəbərlər

21 November, 2019 // Sürətli və aqressiv Audi RS Q8 dünyaya nümayiş olundu!

Nəhayət uzun müddət gözlədiyimiz RS Q8 modeli Los Ancelesdə dünyaya təqdim olundu. Bu avtomobil artıq Nürburqrinq yarış trekinin ən sürətli SUV adına layiq görüldü. Avtomobilin sükanı arxasında yarış pilotu Frenk Stippler əyləşib. O, Şimal ilgəyində 20,6 km məsafəni qət etməyə 7 dəq 42 saniyə vaxt sərf edib.

RS Q8 600 at gücü və 800 Nm hasil edən V8 4.0 biturbo mühərrik ilə təchiz olunub. Texniki göstəricilər RS6 Avant və RS7 Sportback ilə eynidir. 0-100 km/s sürətlənmə üçün RS Q8 cəmi 3.8 saniyə sərf edir. Maksimal sürət göstəricisi 250 km/s təşkil edir. Sifariş ilə bu göstəricini 305 km/s –dək artırmaq olar.  Üstəlik RS Q8 modelininin mühərriyi 48 volt starter-qenerator ilə təchiz olunub. Sürücü hərəkət zamanı comfort, dynamic, allroad, offroad və ekstremal RS1 və RS2 rejimlərini seçə bilər.

RSQ8 –in zahiri görünüşü digər SUV-lardan fərqlənir: ön hissədə yerləşən radiator barmaqlığı, iri diffuzor, seçilən bamperlər, 23 düymlük təkər diskləri. İnteryerin gözəçarpan sport oturacaqları, virtual cihazların RS-qrafikası, fərqli sükanı bu avtomobilin sport xüsusiyyətlərini vurğulayır. Əyləncə,telefon, naviqasiya və s. kimi opsiyalar 10.1 və 8.6-düymlük monitorlarda idarə olunur.

Azərbaycan üçün bu modelin sifarişi 2020-ci ilin fevral ayından mümkün olacaq.