Servis
Mesaj

Xəbərlər

08 November, 2019 // Yeni arxaçəkişli superkar – Audi R8 RWD

1-2 il öncə Audi rəsmiləri bəyan etmişdilər ki, mono ötürməli superkarı yenidən dünya bazarına qaytarmaq niyyətindədilər. Və budur, yeni arxaçəkişli R8 modeli qarşınızda!

Öncəki model limitli istehsal olunsa da, bu R8 daimi olaraq modellər sırasında qalacaq.

Superkar 540 at gücü hasil edən 5.2 lt V10 mühərriyi ilə təchiz olunub, fırlanma anı isə 540 Nm təşkil edir. Qeyd edək ki, tam çəkimli R8 modelində 5.2 lt mühərrik 570 a.g. hasil edir və fırlanma anı- 550 Nm-dir.

Quattro-suz superkarın çəkisi düz 65 kq kimi azaldı. Yeni arxaçəkişli R8 modeli 0- 100 km/s sürətlənmə üçün 3.7 san. sərf edir. Tam çəkimli R8-dən 0.3 saniyə çox. Maksimal sürət göstəriciləri də fərqlənir, arxaçəkişli R8-də bu göstərici 320 km/s təşkil edir.

Avropada yeni arxaçəkişli R8 üçün sifarişlər artıq qəbul olunur.