Servis
Mesaj

Xəbərlər

24 October, 2019 // Tanınmış jurnal Audi Q7-ni mükafatlandırdı!

 

 

 

Hər il ənənəvi olaraq Audi AG dünyamiqyaslı və tanınmış avto- jurnallar tərəfindən mükafatlar qazanır. Yerli bazarda “bestseller” hesab olunan Q7 krossoveri də bu il mükafatsız qalmadı.

Amerikanın nüfuzlu jurnalı Car & Driver –in redaktorları “10 Best Truck & SUV of the Year” mükafatına artıq 3cü dəfə Q7 krossoverini layiq gördülər. Mükəmməl idarəetmə, cəlbedici eksteryer dizaynı və 3-cü sıra ilə təchiz olunması sayəsində Q7 bu il də mükafatlandırıldı.

Qaliblər necə seçilir? Seqmentə aid olan kriteriyalar nəzərə alınaraq, testlər keçirilir. Xüsusi test yürüşlər üçün treklərdə avtomobillərin performansı yoxlanılır. Audi Q7 modelini test edən redaktorlar həmçinin bu krossoverdə lüks seqmentin komfortu, mükəmməl idarəetmə dinamikası və ən son texnoloji üstünlüklərin mükəmməl balansını qeyd etmişdilər.

 Qeyd edək ki, yerli bazarda böyük maraq ilə qarşılanan Q7 modeli yerli auditoriya tərəfindən sürücülük dinamikasına, güclü mühərrik performansına, güvənli təhlükəsizlik reytinqinə və ailə üçün komfort interyerinə görə yüksək qiymətləndirilir. Avtomobilin geniş baqaj imkanları, 3cü sıra oturacaqları və sərfəli yanacaq sərfiyyatı bu krossoveri uzaq səyahətlər üçün mükəmməl edir. 

Ekspertlərin seçimi və tövsiyələrinə əməl edərək, keyfiyyətli və tələblərinizə uyğun avtomobil seçmək daha asandır.