Servis
Mesaj

Xəbərlər

02 October, 2019 // RS6 Avant-ın “kiçik qardaşı” RS4 Avant yeniləndi!

RS6 Avant-ın premyerasından sonra RS4 Avant modelinin təqdimatı baş tutdu, söhbət ancaq RS4 Avant-ın restayliqından gedir.

Kiçik superuniversalın eksteryerində ən gözəçarpan məqamlar: yeni radiator barmaqlıqlığı, yenilənmiş aerodinamik elementlər və opsiya kimi sifariş oluna bilən - yeni Matrix optika.

İnteryerdə isə diqqəti dərhal cəlb edən 10.1 –düymlük MMİ ekran bu modelin daha bir yeniliyi kimi təqdim olundu. Virtual Cockpit adlı rəqəmsal alətlər panelində əlavə olaraq sırf RS modellərinə aid olan məlumatlar əks olunur.

Universalın texniki göstəricilərində dəyişiklik yoxdur. Eyni 2.9 lt V6 turbo mühərrik, 450 at gücü və 600 Nm fırlanma anı. 8-pilləli avtomat sürət qutusu və tam çəkimli quattro sistemi ilə universal cəmi 4.1 saniyəyə 100 km/s-dək sürətlənir, maksimal sürət – 250 km/s təşkil edir.

Avropada bu modelin satışı bu ayın sonu gözlənilir.

Audi söz verdiyi kimi, yeni RS-lərin 6-dan 5-ni təqdim etdi. Dəlisov və yırtıcı Audi RS Q8 modelinin təqdimatını dünya maraq və həyəcan ilə gözləyir.