Frankfurtda keçirələcək Motor Show sərgisinə sayılı günlər qaldı. Audi bir neçə yeni avtomobillərini bu sərgidə nümayiş edəcək. Ən çox marağa səbəb olan - Audi Aİ: Trail quattro bu sərgidə dünyaya təqdim olunacaq.
Gələcəyi nümayiş edən avtomobillərin nümayişi 2017-ci ildə başladı.
2017-ci ildə Audi Aicon konsept avtomobili Frankfurt Motor Show-da təqdim olundu. Daha sonra R8 modelinin gələcəyini təmsil edən - PB18 e-tron və VW MEB platforması üzərində ərsəyə gələn Aİ:ME avtonom idarəetməyə hazır şəhər avtomobili nümayiş olundu. Qeyd edək ki, Audi Aİ: Trail quattro modelinin hazırlanmasında da MEB platformasından istifadə olunub.
2019 Frankfurt Motor Show 12 sentyabrıdan 22 sentyabra dək keçiriləcək.