Servis
Mesaj

Xəbərlər

21 August, 2019 // Ilin ən gözlənilən avtomobili dünyaya təqdim olundu!

Nəhayət ki, gözlədiyimiz an gəlib çatdı! Dünyanın müxtəlif nöqtələrində yaşayan avtosevərlərin səbirsizliklə gözlədiyi yeni RS6 Avant dünyaya təqdim olundu!

İllərdi ki, avtosevərlərin rəğbətini qazanan bu model köhnə modeldən çox fəqlənir. Yeni RS6 Avant 600 at gücü hasil edən V8 4.0 TwinTurbo Mild Hybrid ilə təchiz olunub. Öncəki modeldən düz 40 a.g. daha güclü. Maksimal sürət göstəricisi isə 305 km/s təşkil edir, bu onu göstərir ki, yeni model köhnə modeldən nəinki daha güclü, həmçinin daha sürətlidir.

Aqressiv idman üslublu görünüşü alman mütəxəssisləri yeni ön radiator barmaqlıqları ilə gücləndiriblər. Üstəlik yeni bamperlər arxa qeyri-adi diffuzor,spoyler və işiqdiodlu optika ilə (Matrix fənərlər opsiya kimi əlavə olunur) bu avtomobilin görünüşünə xüsusi dinamiklik bəxş etdilər. 22’ ölçülü təkərlərin “gizləndiyi” təkər arkaları da 40 mm artırılıb.

İnteryerə nəzər yetirək. Ventilyasiya olunan dəri və alkantara idman üslublu oturacaqlar, seçiminizdən asılı olaraq dekorativ ağac, karbon və ya mat alüminium elementlər, daha geniş imkanlara malik MMİ interfeys. Baqaj bölməsinin həcmi isə  565 – 1680 lt təşkil edir.

4 idarəolunma rejimlərinə (Komfort, Avtomatik, Dinamik və Ekonom) RS1 və RS2 rejimləri də əlavə olunublar. Bu rejimlər ilə asqıları, səs gücləndiriciləri və s. kimi funksiyaları idarə etmək olar.

Avropada yeni RS6-ın satışı gələn ilin əvvəlində planlaşdırılır. Azərbaycana isə bu avtomobil çox güman Avropadan bir neçə ay sonra təqdim olunacaq.

2020 Audi RS6 Avant (C8) – 600 a.g. /800nm - V8 4.0 TwinTurbo Mild Hybrid

0-100 km/s - 3.6 san (rəsmil), maksimal sürət - 305km/h

Foto @auditography