Servis
Mesaj

Xəbərlər

04 February, 2019 // Audi-nin mükafatları (2018)

Hər il Audi ənənəvi olaraq dünyaca məşhur mükafatlara layiq görülür. Keçən il də istisna olmadı, belə ki 2018-ci il Audi üçün produktiv və yadda qalan oldu.

 

İlk olaraq krossover Audi Q5 lüks yığcam krossover sinfində daha sonra Audi Q7 orta ölçülü lüks krossover sinfində qalib gəldilər. Qalib-modellər avtomobil sahəsinin qabaqcıl və tanınmış müşahidaçisi – “Kelley Blue Book” paneli tərəfindən seçildmişdi.

 

Yaponların “GQ” jurnalı Audi A8 və Audi A7 Sportback modellərini “Luxury Cars of the year” (İlin lüks avtomobilləri) mükafatına layiq gördü.

 

“Auto Bild” və “Computer Bild” avtomobilin əyləncə cihazları kateqoriyasında “Connected Car Award” mükafatını Audi brendinə təqdim etdilər.

 

İspaniya. Audi Q8 – üçqat qalib.

 

“Axel Springer Spain’s Motor Awards 2018“ qalibi – Audi Q8.

“Auto Bild España” jurnalının oxuyucuları Audi Q8 – i iri krossover sinfində lider avtomobil hesab edirlər. Jurnalistlər həmçinin Audi Q8-in eksteryer görünüşünü “Special Top Gear Spain” mükafatına layiq gördülər. “Car Driver” jurnalının internet sorğusunun nəticələrinə əsasən oxuyucular Q8-i ən yaxşı avtomobil seçdilər

 “Ailə və Premium Krossover” sinfində Audi Q8 “Argus Award 2019” mükafatını qazanır.

“Auto Motor” jurnalının online yarışmasında Audi Q3 “Car of the Year in the Innovations Award 2018” mükafatını əldə edir

E-tron da mükafatsız qalmadı. Belə ki, Fransanın yol hərəkəti barədə məlumat mərkəzi tərəfindən “Techno-Car 2019” sinfində “Coyote Award” mükafatı ilə təltif olundu.

Texnoloqiya mövzularına həsr olunan lesnumériques.com  saytı “Les Etoiles” sıralamada A7 Sportback ən yaxşı texnoloji avtomobil mükafatına layıq gördü.

Belə ki qısaca sizə mükafatların bir hissəsini təqdim etdik. Yaxın illərdə Audi yeni modellər təqdim etməklə mükafatların sayını artırmaq fikrindədir.