Servis
Mesaj

Xəbərlər

15 October, 2018 // Yeni premium Coupe krossover Azərbaycanda!

ktyabrın 13-də Audi Bakı Mərkəzində yeni Audi Q8 modelinin mətbuat konfransı keçirildi.

 

Yeni 4-qapılı premium Coupe SUV- Audi Q8 modelinin eksteryer dizayn imkanları zövqünüzə və büdcənizə uyğun dəyişilə bilər. Daha idman üslublu görünüş verən S-line eksteryer paketi, avtomobilinizi daha gözəçarpan edən “Black Optic Package” qara paket və S line eksteryer paket + qara paket. Ölçülərə gəldikdə isə yeni Q8 əvvəlki Q7 modelində daha enlidir, lakin uzunluq və hündürlük baxımından daha qısadır. Buna baxmayaraq avtomobilin interyeri çox enli və komfortdur.

İşıq diodlu fənərlər əvəzinə alıcı işıq diodlu və işıq animasiyalı HD Matrix LED fənərlər seçə bilər. Bu fənərlər istənilən hava şəraitində yollarınızı daha yaxşı işıqlandıraraq sizin təhlükəsizliyinizi maksimal təmin edir. Arxa hissədə isə tam işıq xətti və işıq diodlu arxa fənərlər HD Matrix LED paketində mövcüddur.

Audi Q8-i rəqib modellərdən fərqləndirən xüsusiyyətlərdən biri də çərçivəsiz yan şüşələrdi.  Onu da qeyd edək ki, yeni Q8-in interyeri mövcüd Coupe krossoverlər arasında ən son texnoloji cihazlar ilə təmin olan interyerdi. MMİ display, Black panel (qara panel), salonun esteti kontur işıqlanması, çərçivəsiz interyer güzgüsü, şüşə panorama lük, geniş yük bölümü və s.

İnteryerdə gördüyünüz hər detal yüksək keyfiyyətli materiallardan hazırlanıb və alıcının istəyi ilə dəyişə bilər.

 

 

Bu modelin texniki göstəriciləri: 3.0 L həcmində V6 TFSİ mühərriyi, 340 a.g, sürətlənməyi isə cəmi 5.4 saniyə.  Tam çəkimli quattro və adaptive pnevmatik asqı bu avtomobili həm şəhərdə həm də yolsuzluq şəraiti üçün mükəmməl edir.

 

Audi üçün təhlükəsizlik dizayn və digər xüsusiyyətlərdən daha önəmlidir buna görə yeni Audi Q8 modelində Audi Pre sense, Audi pre sense arxa oturacaqlar üçün, Audi park assist, Audi lane assist və s kimi  aktiv təhlükəsizlik sistemləri mövcüddur.

 

Avtomobili canlı görmək üçün Babək pr. 43A ünvanında yerləşən Audi Bakı Mərkəzinə yaxınlaşa bilərsiniz. Ətraflı məlumat üçün audi.az saytı və ya 050 570 00 77.