test drive yazılın
bizə mesaj göndərin

Xəbərlər

02 March, 2018 // Son texnologiyaları və müasir dizaynı təcəssüm etdirən yeni Audi A7 Sportback

Dəqiq cizgiləri və idman üslublu görünüşü ilə A7- Audi brendinin yeni dizayn ideyalarını özündə əks etdirir. İri və idman üslublu 4 qapılı Coupe-nin ölçülərinə gəldikdə isə uzunlunluğu – 4969 mm, enliyi -1908 mm, hündürlüyü isə cəmi 1422 mm təşkil edir.

Yeni MMİ touch system isə 2 böyük HD ekranda salonda musiqi, klimat kontrol, komfort kontrol opsiyalarını barmaq toxunuşu ilə idarə etmək imkanı verir.

İstifadəsi çox rahat olan son muasir kommunikasiya vasitələri ilə təchiz olunan A7nin komfort interyeri heyranedicidir. Salonda olan sakitləşdirici və xoş hisslər bağışlayan abu hava isə təsvir olunmazdır.

Maksimal komfort və effektivlik yaratmaq üçün A7nin mühərriki yüngül hibrid sistemi (MHEV) ilə təchiz olunub. V6 Twin turbo ilə A7 48 volt elektrik sistemi istifadə edir.

Audi ilk olaraq 340 a.g. və 500 Nm fırlanma anı hasil edən 3.0 V6 TFSİ mühərrikli A7 Sportback buraxmaq niyyətindədir. Maksimal sürət - 250 km/s., 0-100 km/s sürətlənmə isə 5.3 saniyə təşkil edir.

Yeni A7 Sportback Almaniyada avtomobil bazarına 2018-ci ilin Fevral ayında təqdim olunacaqlar.