test drive yazılın
bizə mesaj göndərin

Xəbərlər

18 April, 2018 // Dünya şöhrətli Audi brendinin yeni avtosalonu Bakıda!

Aprelin 7-si Audi Bakı Mərkəzinin Babək prospekti 43A ünvanında yerləşən yeni avtosalonunun təntənəli açılış mərasimi keçirildi.

Yeni avtosalon öz gözəlliyi və komfortu ilə qonaqları sözün əsl mənasında heyrətə saldı. “Audi Terminal” adlandırılan bu salon Audi-nin beynəlxalq standartlarına uyğun olaraq inşa edilmişdir. Audi-nin Azərbaycandakı avtosalonu Qafqazda və Şərqi Avropada ən böyük premium avtosalon hesab olunur.

İnteryerə gəldikdə isə salonun daxili iki hissədən ibarətdir: “Bəyaz qövs” və “Qara qövs” . “Qara qövs” vaxtı ilə Audi-nin “Silver Arrow” idman modeli ilə sürət rekordları vurduğu maili trekin dizaynını özündə əks etdirir. Hətta avtomobillərin salonda düzülüşü belə yarış zamanı treki xatırladır. “Bəyaz qövs” isə yarışı izləyənlər üçün fan zonanı əks etdirir. Avtosalonun gözəçarpan dizaynı ilə yanaşı, müştərilərin komfortuda tikinti zamanı nəzərə alınıb. Yeni Audi Terminalında müştərilən üçün tam avtomatlaşmış xüsusi avadanlıqlar ilə təchiz olunan servis mərkəzi var, hətta rahat şəkildə öz avtomobillərini görə biləcəkləri komfort gözləmə otağıda müştərilərin istifadəsinə veriləcək. Yeni alınan avtomobilləri xüsusi olaraq təhvil almaq üçün “təhvil otağı”-da mövcuddur.

Yeni avtosalonun açılışı ilə birgə Audisevərlərin səbrisizliklə gözlədikləri tam yeni Audi A8-in təqdimatı da keçirildi. Mükəmməl 3D şou avtomobilin mükəmməl interyerini və imkanlarını detallı şəkildə nümayiş etdirərək, qonaqları heyrətə saldı.

Gözlənilmədən A8-in təqdimatı ilə birgə yeni nəhəng A7 Sportback və dəlisov RS3 Sedan modellərinin təqdimatı qonaqlar üçün sürpriz oldu.

Hər nümayiş olunan modelin valehedici dizaynı, premium səviyyə komfortu və imkanları həddsizdir.

Sözlər ifadə etmək mümkün deyil, öz gözünüzlə görsəz yaxşıdır.